Heydər Əliyev Sarayında “Əbədi musiqi” adlı konsert keçirilib

Heydər Əliyev Sarayında “Əbədi musiqi” adlı konsert keçirilib
# 26 sentyabr 2017 14:05 (UTC +04:00)

Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Əbədi musiqi” adlı konsert keçirilib. APA-nın məlumatına görə, “Mədəniyyət” kanalının təşkilatçılığı ilə ərsəyə gələn layihədə görkəmli vokal ifaçıları - Fidan Hacıyeva, Gülnaz İsmayılova, Cahangir Qurbanov, Afaq Abbasova, Anar Şuşalı, İnarə Babayeva və başqaları iştirak ediblər.

Azərbaycan klassik opera və operettalarından parçalar ifa olunan konsertdə Üzeyir Hacıbəyli yaradıcılığına geniş nəzər salınıb. Konsertdə gənc vokalçılar da yer alıb.

Tədbir boyu ifaçıları əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR