Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması təklif olunur

Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması təklif olunur
# 15 noyabr 2017 12:00 (UTC +04:00)

Azərbaycanda peşə təhsili ilə bağlı fond yaradılır. APA-nın məlumatına görə, bu, yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsində əks olunub.

Qanun layihəsində Azərbaycanda Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması ilə bağlı müddəa da var. Bildirilir ki, fond gəlir və xərclərin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını, peşə təhsili müəssisələri arasında ədalətli bölgünü təmin edən qurum olacaq.

Qanun layihəsi Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR