Lavrov və Kerri Suriyada nizamlanmanın perspektivlərini müzakirə ediblər

Lavrov və Kerri Suriyada nizamlanmanın perspektivlərini müzakirə ediblər
# 27 dekabr 2016 23:21 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin görüşlərinin perspektivlərini müzakirə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.

“Rusiya, Türkiyə və İran XİN rəhbərləri və müdafiə nazirlərinin dekabrın 20-də Moskvada keçirilən görüşləri fonunda Suriya münaqişəsinin nizamlanmasının perspektivləri və antiterror tədbirlərin aktivləşdirilməsi ilə bütün ölkə ərazisində atəşkəsin tətbiqinə dair əldə olunmuş razılaşmalar müzakirə olunub”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR