Tovuzda çoban döyülüb

Tovuzda çoban döyülüb
# 11 avqust 2017 15:57 (UTC +04:00)

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Kür çayının sahilində qeydə alınıb. Orada qoyun otaran Əlimərdanlı kənd sakini 1976-cı il təvəllüdlü Pərviz Qasımov başqa bir şəxslə mübahisə zəminində döyülüb. Müxtəlif bədən xəsarətləri alan çoban xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR