Yaponiya nəhəngi Bakıda zavod tikən şirkətin səhmdarı olacaq

Yaponiya nəhəngi Bakıda zavod tikən şirkətin səhmdarı olacaq
# 24 oktyabr 2016 15:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiya əczaçılıq bazarının artım perspektivliyinin cəlb ediciliyini görən Yaponiyanın “Mitsui & Co” ticarət evi bu ölkənin “R-Farm” şirkətinə investisiya yatırmaq imkanlarını nəzərdən keçirir.

APA-Economics”in Yaponiyanın “Nikkei” nəşrinə istinadən verdiyi məlumata görə, “Mitsui” 2017-ci ilin martın 31-də yekunlaşacaq maliyyə ilinin sonunda detalları açıqlamağı planlaşdırır. Şirkət bunun üçün 10 mlrd. yen və ya 96,3 mln. dollar xərcləyə bilər və bununla da “R-Farm” şirkətinin 10%-dən artıq səhm paketinə sahib ola bilər.

Yaponiyanın baş naziri Sindzo Abe Moskva ilə münasibətlərin dərinləşdirilməsində maraqlıdır. “Mitsui” ilə “R-Farm” şirkəti arasındakı razılaşma iki ölkə arasında iqtisadi əməkdaşlığın bir hissəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Eldar Tlyabiçev bildirib ki, Rusiyanın "R-farm" şirkəti Azərbaycanın "VİTA-A" müəssisəsi və Azərbaycan İnvestisiya Şirkəti ilə memorandum imzalayaraq Azərbaycanda əczaçılıq müəssisəsinin yaradılması barədə razılığa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR