Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti dəyişdirilir

Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti dəyişdirilir
# 12 dekabr 2017 11:55 (UTC +04:00)

Azərbaycanın Silahlı Qüvvələrinin şəxsi heyətində dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin ikinci oxunuşunun 10-cu (Silahlı Qüvvələrin şəxsi heyəti və kompleksləşdirilməsi) maddəsində əks olunub.

Maddənin birinci bəndinə görə, Silahlı Qüvvələrin şəxsi heyəti hərbi qulluqçulardan, dövlət qulluqçularından və digər mülki işçilərdən ibarətdir.

Hazırda qanunun qüvvədə olan varinatında 4-cü maddəyə görə isə, Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.

Yeni qanun layihəsi ikinci oxunuşda dekabrın 15-də keçiriləcək Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR