Yevlaxda top mərmisi tapılıb - YENİLƏNİB

Yevlaxda top mərmisi tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 21 sentyabr 2017 14:31 (UTC +04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Yevlax şəhərində Yun zavodunun yaxınlığında partlamamış mərminin olması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən xəbərə görə, daxil olan məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 115 mm-lik top mərmisi (BM-3) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

***

12:20

Yevlax rayonunda hazırda fəaliyyət göstərməyən zavodun həyətində partlamamış hərbi sursat tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, yerli sakinlər bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər veriblər. FHN əməkdaşları hadisə yerinə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR