Azərbaycanda gözün buynuz qişasının transplantasiyası həyata keçirilir

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası həyata keçirilir
# 03 may 2018 10:46 (UTC +04:00)

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icrasına başlanıb.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, artıq bu əməliyyatlar icra olunur. Transplantasiya əməliyyatının hansı klinikada icra olunmasına müvafiq icra hakimiyyəti orqanı icazə verir: “Ola bilər hansısa klinikalara bu əməliyyatı icra etmək icazəsi verilməyib, ancaq Azərbaycanda bu əməliyyat artıq həyata keçirilr”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR