Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib

Rumıniyada 5,6 bal gücündə zəlzələ  baş verib
# 28 dekabr 2016 01:14 (UTC +04:00)

Rumıniyanın şimalında 5,6 bal gücündə zəlzələ baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətindən bildirilib.

Yeraltı təkanlar yerli vaxtla 23.20-də (Bakı vaxtı ilə 03.20-də ) Nereju şəhərindən 8 km qərbdə, 81 km dərinlikdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Qonşu Moldovada zəlzələdə 5,8 bal gücündə hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR