Bu ilin I yarısında qiymətli kağızlar bazarı 2,4 dəfə artıb

Bu ilin I yarısında qiymətli kağızlar bazarı 2,4 dəfə artıb
# 30 iyul 2018 15:15 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqlayıb.

"APA-Economics"in məlumatına görə, bu ilin I yarısında qiymətli kağızlar bazarında ümumilikdə 12 mlrd. 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Əməliyyatların 52,2%-i (6 mlrd. 499 mln. manat) ilkin bazarda, 47,8%-i (5 mlrd. 952 mln. manat) isə təkrar bazarda aparılıb.

2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.

Hesabat dövründə ümumilikdə 8 mlrd. 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR