Ukrayna Azərbaycan neftinin ilk partiyasını qəbul edib

Ukrayna Azərbaycan neftinin ilk partiyasını qəbul edib
# 05 yanvar 2017 11:57 (UTC +04:00)

Dekabr ayının sonunda Ukrayna 80 min ton həcmində "Azeri Light" markalı nefti qəbul edib. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, məhsul "Ukrtatnafta" publik səhmdar cəmiyyətinə məxsus Kremençuq neftayırma zavodunda emal olunacaq.

Ümumilikdə, 2017-ci ildə "Ukrtatnafta" 1,3 mln. ton "Azeri Light" markalı neftin qəbulunu planlaşdırır.

Neftin nəqledicisi qismində SOCAR çıxış edib.

Ötən ilin oktyabr ayından etibarən SOCAR "Ukrtatnafta" üçün İranın qaz kondensatının nəqlini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR