Bakıda qadın zirzəmiyə yıxılıb

Bakıda qadın zirzəmiyə yıxılıb
# 29 may 2018 07:47 (UTC +04:00)

Bakıda bir nəfər zirzəmiyə yıxılaraq xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qalina Jitkova fərdi yaşayış evinin zirzəmisinə yıxılaraq xəsarət alıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı zirzəmidən çıxarıb və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil veriblər.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR