Ağdamda qeyri-adi quzu doğulub

Ağdamda qeyri-adi quzu doğulub
# 05 dekabr 2017 17:20 (UTC +04:00)

Ağdamda çənəsiz quzu doğulub. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, “Dördyol-1” qəsəbəsində yaşayan Pərviz İsmayılovun təsərrüfatında doğulan quzunun alt çənəsi yoxdur. Quzunun çənəsi olmadığı üçün quzu anasından qidalana bilmir.

Heyvanın sahibi, süni yolla qidalandırmaq mümkün olacağı təqdirdə, quzunu saxlayacaqlarını bildirib.

Ağdam rayon Baytarlıq İdarəsinin nümayəndəsi APA-ya bildirib ki, təbiətdə bu cür anomal hadisələr irsi dəyişiklik nəticəsində baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR