Türkiyə futbol millisinin baş məşqçisinin adı açıqlanıb

Türkiyə futbol millisinin baş məşqçisinin adı açıqlanıb
# 28 fevral 2019 14:39 (UTC +04:00)

Futbol üzrə Türkiyə milli komandasının yeni baş məşqçisi müəyyənləşib. ONA-nın məlumatına görə, “ay-ulduzlular” Şenol Günəşə tapşırılıb.

“Beşiktaş”ın baş məşqçisi ilə 4 illik müqavilə imzalanıb. 67 yaşlı mütəxəssis iyunun 1-dən fəaliyyətinə başlayacaq. Onun qarşısına əsas hədəf kimi Avro-2020 və DÇ-2022-nin final mərhələsinə yüksəlmək vəzifəsi qoyulub.

Qeyd edək ki, Ş.Günəş 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb və komandaya dünya çempionatının bürünc medalını qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR