“BP-Azerbaijan”: Bu ilin 9 ayında Səngəçal terminalı ilə 219 mln. bareldən çox neft və kondensat ixrac edilib

“BP-Azerbaijan”: Bu ilin 9 ayında Səngəçal terminalı ilə 219 mln. bareldən çox neft və kondensat ixrac edilib
# 18 noyabr 2016 10:37 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 mln. standart kubmetr təşkil edir.

Bu ilin üç rübündə terminal 219 mln. bareldən artıq neft və kondensat, o cümlədən 194 mln. bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 23 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə və təqribən 2 mln. barel kondensat ixrac kəməri vasitəsilə, ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,1 mln. standart kubmetr (1 mlrd. 27 mln. standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR