Kamal Abdulla: “2017-ci ilin "İslam həmrəyliyi ili” elan edilməsi ötən ilin məntiqi davamı idi”

Kamal Abdulla: “2017-ci ilin "İslam həmrəyliyi ili” elan edilməsi ötən ilin məntiqi davamı idi”
# 13 yanvar 2017 12:43 (UTC +04:00)

"Cəmiyyətimizin bütün təbəqələri, dövlət qurumları əllərindən gələni etdilər ki, Azərbaycan dünya səviyyəsində son dərəcə yüksək mövqedə özünü göstərə bilsin. Bu, bizim əldə etmək istədiyimiz nəticə idi".


APA-nın məlumatına görə, bu sözləri dövlət müşaviri Kamal Abdulla deyib. O bildirib ki, 2017-ci ilin "İslam həmrəyliyi ili” elan edilməsi ötən ilin məntiqi davamı idi: “İslam həmrəyliyi ilində həm islam aləmi daxilində, həm də islam aləmi ilə digər konfessiyalar arasındakı həmahəngliyi görmək istəyirik. İslam həmrəyliyi əlbəttə ki, ancaq islam aləmi içində olan həmrəyliyi nəzərdə tutmur. İslam həmrəyliyi dedikdə həm də islam aləmi ilə digər konfessiyalar arasında həmahəngliyi, harmoniyanı görə bilərik və bunu belə qəbul edə bilərik. Bu, siyasi, ideoloji və mənəvi əhəmiyyət daşıyır. İslam həmrəyliyi ilinin elan edilməsi islam dünyasında baş verən proseslərə nizam gətirmək arzusu ilə bağlıdır”.

K. Abdulla əlavə edib ki, “İslam həmrəyliyi ili” müsəlman ölkələri daxilində anlaşmanı, nizamlamanı qaydaya salmaq üçün Azərbaycan tərəfindən müəyyən öhdəliklərin həyata keçirilməsi ilə bağlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR