Vyetnamda təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 8 nəfər itkin düşüb

Vyetnamda təbii fəlakət nəticəsində 21 nəfər ölüb, 8 nəfər itkin düşüb
# 16 oktyabr 2016 15:35 (UTC +04:00)

Bakı-APA. Leysan yağışla müşahidə olunan tropik qasırğa Vyetnamda təbii fəlakət yol açıb.

APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, Vyetnamın mərkəzi əyalətlərində su basması nəticəsində ən azı 21 nəfər ölüb, 8 nəfər itkin düşüb.

Ölənlərin əksəriyyəti Kuanqbin əyalətinin sakinləridir. 7 ev dağılıb, 100 minlərlə ev, o cümlədən 1600 hektar çəltik sahəsi, 9 min hektar digər kənd təsərrüfatı sahələri su altında qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR