"Nikoyl" bankın rəhbərliyi yenidən formalaşacaq

"Nikoyl" bankın rəhbərliyi yenidən formalaşacaq
# 07 fevral 2017 09:40 (UTC +04:00)

Fevralın 20-də Böyük Britaniyanın paytaxtı London şəhərində "Nikoyl" ASC-nin investisiya kommersiya bankının səhmdarlarının növbədənkanar ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" bankın İdarə Heyətinin yaydığı elana istinadən xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi;

2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi;

3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi;

4. "Nikoyl" ASC-inin nizamnaməsinin yeni redaksiyada təsdiq olunması.

Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR