Qazaxda 171 ədəd partlamamış hərbi susat tapılıb

Qazaxda 171 ədəd partlamamış hərbi susat tapılıb
# 06 mart 2019 00:21 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətindən martın 5-1 saat 17:16-də ANAMA-ya Qazax rayonun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan ONA-ya bildirilib ki, məlumat əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən birlikdə Qazax rayonun Ağköynək kəndinin ərazisində otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 171 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatların (PHS) və partladıcının ətrafında 1,200 kv.m əraziyə yerüstü baxış keçirilmiş, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Havanın qaranlıq olması nəzərə alınaraq, təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatda qeyd olunmuş Cəfərli və Aslanbəyli kəndləri ərazisində əməliyyat-axtarış tədbirlərinin növbəti gün davam etdirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR