Azərbaycan prezidenti Ağstafada taxıl kombinatı anbarının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan prezidenti Ağstafada taxıl kombinatı anbarının təməlqoyma mərasimində iştirak edib
# 19 oktyabr 2016 13:04 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub.

Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.

Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.

“Ağstafa Aqroservis” MMC-nin ikinci layihəsi olan taxıl və un məmulatları kombinatı layihəsinin tərkibinə 6 min hektar torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı da daxildir.

Dövlət başçısına yeni yaradılacaq taxıl dəyirmanı barədə məlumat verilib.

Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoyub. Dövlət başçısı burada hazır məhsul anbarına da baxıb. Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə prezident İlham Əliyevə məlumat verilib.

Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR