Bugünkü depozit hərracında tələb təklifi 5 dəfəyə yaxın üstələyib

Bugünkü depozit hərracında tələb təklifi 5 dəfəyə yaxın üstələyib
# 02 aprel 2018 09:56 (UTC +04:00)

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

AMB-dən “APA-Economics”ə verilən xəbərə görə, hərracda tələb 1 mlrd. 178,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifi 4,71 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR