Boksçularımız Ukraynaya yollanır

Boksçularımız Ukraynaya yollanır
# 12 aprel 2017 14:10 (UTC +04:00)

Aprelin 18-də Ukraynanın Herson şəhərində kişi boksçular arasında beynəlxalq turnirə start veriləcək. Apasport.az saytının məlumatına görə, Nikolay Manqerin xatirəsinə hər olunan yarışda Azərbaycan da iştirak edəcək.

Ölkəmiz turnirdə “Gilan” klubu ilə təmsil olunacaq. Onlar 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaqlar.

Yarışa ölkəmizlə yanaşı, ev sahibləri, İsrail, Moldova, Türkiyə, Latviya və başqa ölkələr də qatılacaqlar.

Qaliblərin adı aprelin 22-də bilinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR