Zaqatalada 18 yaşlı qız dərmandan zəhərlənib

Zaqatalada 18 yaşlı qız dərmandan zəhərlənib
# 12 oktyabr 2016 07:32 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada 18 yaşlı qız dərmandan zəhərlənib.

Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə Aşağı Tala kənd sakini, 1998-ci il təvəllüdlü Fatimə İbrahim qızı Rəcəbova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, bir-neçə dərman qəbul edən F. Rəcəbova zəhərlənib. Reanimasiya şöbəsinə yerləşdirilən qıza lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Fatimə Rəcəbova yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra dərman qəbul edib.


Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR