"Bank Avrasiya" mənfəətliliyini qoruyur

"Bank Avrasiya" mənfəətliliyini qoruyur
# 14 aprel 2017 08:08 (UTC +04:00)

"Bank Avrasiya" ASC-nin aktivlərinin həcmi 2017-ci il fevralın 1-nə 152,134 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 6,1% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yanvar ayında bankın kredit portfeli 1,17% azalaraq 89,132 mln. manat olub.

2016-cı ilin son rübü ilə müqayisədə bu ilin ilk ayında bankın depozit portfeli 7,4% artaraq 41,351 mln. manat təşkil edib. Öhdəliklərin həcmi isə 2,63% artaraq 93,231 mln. manata çatıb.

Cari ilin yanvar ayı ərzində bankın məcmu kapitalı 11,7% artaraq 58,325 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat təşkil edib.

Yanvarda "Bank Avrasiya"nın gəlirləri 1,512 mln. manata, xərcləri isə 553,8 min manata çatıb.

Qeyd edək ki, bu ilin ilk ayında bankın əldə etdiyi mənfəət 5 mln. 978,6 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR