Alen Delon əməliyyat olunub

Alen Delon əməliyyat olunub
# 29 sentyabr 2017 20:13 (UTC +04:00)

Məşhur Fransa aktyoru Alen Delon əməliyyat olunub.

APA-nın məlumatına görə, bu barədə “Le Parisien” qəzeti aktyorun qızına istinadən xəbər verib.

Məlumata əsasən, A.Delon ayağında qan dövranı ilə bağlı problemə görə Paris xəstəxanalarının birində əməliyyat olunub.

Qeyd edək ki, 81 yaşlı Alen Delon bu ilin mayında kino karyerasını başa vuracağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR