Nazirlik: Torpaq vergisinin hesablanması asanlaşıb

Nazirlik: Torpaq vergisinin hesablanması asanlaşıb
# 10 fevral 2017 12:26 (UTC +04:00)

Vergilər Nazirliyi tərəfindən Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı-kalkulyator hazırlanıb.

Bu barədə “APA-Economics”ə Nazirlikdən məlumat verilib.

“Xidmətdən istifadə etmək üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı formada qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs proqramı öz şəxsi kompüterinə yükləməklə sərbəst şəkildə istifadə edə bilər”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR