XİN: "Fransa daxili işlər nazirinin adı arzuolunmaz şəxslər siyahısındadır"

XİN: "Fransa daxili işlər nazirinin adı arzuolunmaz şəxslər siyahısındadır"
# 07 dekabr 2016 11:18 (UTC +04:00)

Fransanın yeni daxili işlər naziri Bruno Le Runun adı arzuolunmaz şəxslər siyahısındadır. BU sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, nazir 2015-ci ilin sentyabrında Fransa parlamentinin üzvü statusunda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib: “Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-leqal səfər etmiş hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq arzuolunmaz şəxslər siyahısına daxil edilir. Qanun qanundur və hamıya da eyni cür şamil olunur”.

Hikmət Hacıyev həmçinin qeyd edib ki, daxili işlər naziri qondarma “Fransa-Qarabağ” dostluq qrupunun üzvüdür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR