İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub

İsa Həbibbəylinin oğlu yüksək vəzifəyə təyin olunub
# 06 mart 2019 00:02 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat olub.

ONA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, Səhət Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

Səhət Həbibbəyli Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR