Azərbaycan, Türkiyə və Pakistan XİN başçıları ekspertlər səviyyəsində görüşü müzakirə ediblər

Azərbaycan, Türkiyə və Pakistan XİN başçıları ekspertlər səviyyəsində görüşü müzakirə ediblər
# 30 noyabr 2017 10:23 (UTC +04:00)

“Görüşdə Bakı-Tbilsi-Qars layihəsini də geniş müzakirə etmişik”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli və pakistanlı həmkarları ilə görüşdən sonra deyib. O bildirib ki, Pakistanın əsas ticarət tərəfdaşı Avropa İttifaqıdır.

“Oradan malların daşınması üçün iki okean və üç dənizdən keçmək lazımdır. Təklif etdik ki, ekspertlər səviyyəsində görüş keçirək. Pakistan istəsə, Şimal-Cənub nəqliyyat xətti və ya Bakı-Tbilisi-Qars vasitəsi ilə məhsullar daşına bilər”, - deyə E. Məmmədyarov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR