Əmlak Məsələləri Dövlət Komitəsinin yanındakı iki agentlik üçün minik avtomobillərinin limiti müəyyənləşib

Əmlak Məsələləri Dövlət Komitəsinin yanındakı iki agentlik üçün minik avtomobillərinin limiti müəyyənləşib
# 07 mart 2018 21:40 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi üçün xidməti minik avtomobillərinin say həddi (limiti) müəyyənləşib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"ndə müvafiq dəyişikliklər edib.

Dəyişikliyə əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin hər biri üçün 3 minik avtomobili limiti müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR