Azərbaycanlı alim Vahid Dünya Mükafatı Müsabiqəsinin laureatı olub

Azərbaycanlı alim Vahid Dünya Mükafatı Müsabiqəsinin laureatı olub
# 17 aprel 2017 09:16 (UTC +04:00)

Azərbaycanlı alim Vahid Dünya Mükafatı Müsabiqəsinin laureatı seçilib.

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzindən APA-ya verilən məlumata görə, kənd təsərrüfatı elmləri doktoru, əməkdar elm xadimi, professor Amin Babayev Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və bu sahə üzrə Vahid Dünya Mükafatı Müsabiqəsinin laureatı olub/

Vahid Dünya Mükafatı (One Word Award) dünya ölkələrində davamlı inkişafın (ekoloji, iqtisadi və sosial sahələrdə) bərqərar olmasında xüsusi xidməti olan şəxslərə verilir.

OWA-nın 2017-ci il müsabiqəsinin birinci mərhələsində bütün dünya ölkələrindən təqdim olunan namizədlər sırasından 30 nəfər, sonrakı mərhələdə isə bu namizədlərin arasından 5 ölkədən (Almaniya, Hindistan, Azərbaycan, Zimbabve və Fələstin) finalçı kimi beş laureat seçilib.

A. Babayev seçilmiş laureatlardan biridir. Onun Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatı Hərəkatının əsasını qoyanlardan biri kimi son 20 ildə bu sahənin qanunvericilik bazasının, informasiya-məlumat bankının yaradılması, ölkə əhalisi arasında yeni ekoloji təfəkkürün formalaşması üçün bu istiqamətin təşviqi, ekoloji istehsal sahələrinin inkişafı ilə əlaqədar ölkə miqyasında onun elmi əsaslarının işlənilib hazırlanması və Azərbaycanda yüksək ixtisaslı milli kadrların hazırlanması üçün verdiyi töhfələr əsas götürülüb.

Bununla əlaqədar Azərbaycanda səfərdə olan Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının prezidenti Bernward Geier və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və bu sahə üzrə Vahid Dünya Mükafatı Müsabiqəsinin laureatı haqda film çəkiblər.

Nümayəndə heyətinin səfəri çərçivəsində Bakıda, Gəncədə, Qaxda və Zaqatalada keçirilən görüşlərdə Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf perspektivləri bu məhsulların sertifikatlaşdırılması və dünya ölkələrinə ixracı imkanları müzakirə edilib.

Qeyd edək ki, ekoloji təmiz kənd təsərrüfatının istehsalının inkişaf etdirilməsi kənd təsərrüfatının inkişafına dair Strateji Yol Xəritəsində priortet istiqamət kimi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR