Bakıda yeni doğulan körpə ölüb - YENİLƏNİB

Bakıda yeni doğulan körpə ölüb - <span style="color: red;">YENİLƏNİB
# 20 fevral 2017 13:33 (UTC +04:00)

Bakıda körpə ölümü baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Dünən doğulan körpə naməlum səbəbdən bu gün dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən isə APA-ya bildirilib ki, bu gün xəstəxanada ölən körpə 750 qramlıq yeni doğulmuş olub.

"Evdə doğuş olub və 750 qramlıq körpə xəstəxanaya ölü vəziyyətində gətirilib. Aparılan tibbi yardımlara baxmayaraq körpə ölüb", - deyə xəstəxanadan bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR