Boksçumuz Avropa çempionatında mərhələ adlayıb

Boksçumuz Avropa çempionatında mərhələ adlayıb
# 12 mart 2019 09:00 (UTC +04:00)

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında dördüncü günün döyüşləri yekunlaşıb. ONA-nın məlumatına görə, 1/8 final çərçivəsində Azərbaycan millisinin daha 3 üzvü rinqə çıxıb.
+91 kq çəki dərəcəsində mübarizə aparan Məhmməd Abdullayevin Vladiqafqazda ilk döyüşü qələbə ilə başa çatıb. Həmyerlimiz gürcüstanlı Giorgi Tçikladzedən üstün olub – 5:0 (30:27, 30:27, 29:28, 30:26, 30:27). Abdullayev 1/4 finalda rusiyalı Vladislav Muravinlə üz-üzə gələcək. Görüş martın 13-nə təsadüf edəcək.
Ondan fərqli, Əflatun Babayevin (56 kq) debütü uğurlu alınmayıb. Təmsilçimiz məğlub olaraq, yarışla vidalaşıb. Amin Kuşkov (75 kq) da 1/4 finala gedən yolda büdrəyib.
Qeyd edək ki, bu gün qadın boksçular arasında da 1/8 final görüşləri sona çatacaq. Yığmamızın üzvlərindən Günel Rəhimova (48 kq) mərhələ adlamaq üçün rusiyalı Yekaterina Paltçeva ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR