Bakıda mağazadan oğurluq edən dəstə üzvü saxlanılıb

Bakıda mağazadan oğurluq edən dəstə üzvü saxlanılıb
# 17 avqust 2017 11:20 (UTC +04:00)

Bakı şəhərində mağazadan oğurluq edən dəstə üzvü şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – əvvəllər məhkum olunmuş Beyləqan rayon sakini Xəzər Hüseynov tutulub.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 11-də Bakı şəhər sakini olan bir qadının içərisində geyim əşyaları və 3000 manat dəyərində qızıl əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Hidayət Həsənov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR