Tengiz Şubladze: “Faşist simvolikalarının bərpası yolverilməzdir”

Tengiz Şubladze: “Faşist simvolikalarının bərpası yolverilməzdir”
# 26 mart 2018 15:14 (UTC +04:00)

“Faşist simvolikalarının bərpası yolverilməzdir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədri Tengiz Şubladze Tbilisidə faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda deyib.

O bildirib ki, hazırda bəzi ölkələrdə faşizmin qəhərmanlaşdırılması ilə bağlı təhlükəli tendensiya müşahidə olunur: “Ümid edirəm ki, bunun qarşısını almaq üçün qabaqcıl ölkələr fəal mübarizəyə qoşulacaq. Gənclər arasında neonasizmin yayılması da çox narahatedicidir”.

Qeyd edək ki, “Böyük Vətən Müharibəsində Qələbənin 73 illiyi ərəfəsində. Faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə. Təhlükəli tendensiya və ya tarixi “ədalət”?” adlı beynəlxalq konfransa Azərbaycan, Gürcüstan, Rusiya və digər ölkələrdən olan Böyük Vətən Müharibəsi iştirakçıları, ictimai fəallar, ictimaiyyət nümayəndələri, həmçinin KİV nümayəndələri qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR