Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2 mln. 724,85 min ABŞ dolları dəyərində 12 307,94 ton sement idxal edib.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin üç ilə müqayisədə 7 897,04 ton və ya 2,79 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2 mln. 015,14 min dollar və ya 3,41 dəfə azdır.
Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 799,71 min dollar dəyərində 4 410,90 ton sement idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında sement idxalı Azərbaycanın ümumi idxalının 0,12%-ni təşkil edib.