Allahşükür Paşazadə: "Dünyanın dini liderləri Azərbaycanda toplanacaq"

Allahşükür Paşazadə: "Dünyanın dini liderləri Azərbaycanda toplanacaq"
# 05 mart 2019 13:47 (UTC +04:00)

Noyabrın 14-15-də dünya dini liderlərinin Azərbaycanda toplanması nəzərdə tutulur.

ONA xəbər verir, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

Onun sözlərinə görə, hazırda bunun üçün hazırlıq işləri aparılır: "Azərbaycan təkcə nefti, iqtisadiyyatı ilə deyil, mənəvi həyatda gördüyü işlərlə də liderdir".

Bununla belə, A.Paşazadə tədbir barədə ətraflı məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR