Sabirabad sakini intihar edib

Sabirabad sakini intihar edib
# 22 avqust 2015 10:21 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad sakini özünü asaraq intihar edib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Sabirabad rayonunun Yenikənd sakini, 1990-cı il təvəllüdlü Cabbarov Cabbar Əbil oğlu özünü asıb. Onun meyiti tam tikilməmiş evin damında, asılmış vəziyyətdə qohumları tərəfindən aşkar edilib.

Qohumları onun ruhi xəstə olduğunu bildirirlər.


Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR