Prezident İlham Əliyev: “Azərbaycanda səhiyyə sisteminin inkişafı diqqət mərkəzindədir”

Prezident İlham Əliyev: “Azərbaycanda səhiyyə sisteminin inkişafı diqqət mərkəzindədir”
# 05 iyun 2018 15:19 (UTC +04:00)

“Azərbaycanda səhiyyə sisteminin inkişafı diqqət mərkəzindədir”.


APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda Naftalan şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti ilə görüşdə söyləyib.


Dövlət başçısı deyib ki, ölkədə yeni tibb müəssisələri tikilir: “Bu tibb müəssisələrində müasir avadanlıqlar quraşdırılır. Bu il ölkədə daha 5 xəstəxananın tikintisi başa çatacaq”.


Prezident İlham Əliyev bildirib ki, Naftalanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür: “Naftalanın əvvəlki şöhrəti özünə qaytarılıb. Naftalanda müasir sanatoriya və mehmanxanalar fəaliyyət göstərir. Gələcəkdə bu istiqamətdə tədbirlər davam etdiriləcək. Ölkəmizdə turizmin bütün sahələri, həmçinin tibbi turizmin inkişafı üçün böyük imkanlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR