Ekspertlər: Trampın xarici siyasəti qlobal sabitliyə təhdid yarada bilər

Ekspertlər: Trampın xarici siyasəti qlobal sabitliyə təhdid yarada bilər
# 07 dekabr 2016 13:18 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasəti və Avropada keçiriləcək seçkilər 2017-ci ildə qlobal stabilliyə əsas təhdidlərdir.

APA-nın xəbərinə görə, 146 iqtisadçı, strateq və analitik arasında sorğu keçirən "Bloomberg" agentliyinin ekspertləri belə bir qənaətə gəliblər.

Agentliyin ənənəvi illik sorğusunda iştirak edən respondentlərin 38%-i Donald Trapmın xarici siyasətindəki qeyri-müəyyənliyi qlobal stabilliyə əsas təhdid kimi görür.

Respondentlərin 37%-i isə hesab edir ki, gələn il Avropada keçiriləcək seçkilərin nəticələri dünyada stabilliyi poza bilər. Ekspertlər Almaniyadakı parlament, Fransadakı prezident seçkilərindən narahatdır. Onlar Böyük Britaniyada növbədənkənar seçkilərin keçirilməsini istisna etmir.

Sorğu iştirakçılarının 15%-i qlobal stabilliyə təhdid kimi Rusiya prezidenti Vladimir Putinin xarici siyasətini görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR