İran ordusu “Təlaş” hava hücumundan müdafiə sistemini sınaqdan keçirib

 İran ordusu “Təlaş” hava hücumundan müdafiə sistemini sınaqdan keçirib
# 28 dekabr 2016 14:07 (UTC +04:00)

İran ordusu Fars Körfəzindəki Xark adasında keçirilən hərbi təlimlərdə ilk dəfə olaraq “Təlaş” adlı hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, sınaq zamanı yeni sistem şərti düşmənin pilotsuz uçuş aparatını 40 kilometr məsafədə vurub.


İran Hava Hücumundan Müdafiə Qüvvələri ötən ilin sentyabr ayında yeni hazırlanmış “Təlaş” sisteminin təqdimatını keçirmişdi. Bu sistem orta və yüksək hündürlükdə olan hədəfləri yer-hava raketləri ilə məhv edə bilir.

Qeyd edək ki, dekabrın 26-dan İranda “Modafeane Asemane Vilayet 7” (“Vilayət səması müdafiəçiləri 7”) adlı 3 günlük hərbi təlimlər başlayıb. Təlimlər Buşəhr, Hörmüzqan və Xuzestan əyalətlərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR