Astarada avtomobil 8 yaşlı uşağı vurub

Astarada avtomobil 8 yaşlı uşağı vurub
# 09 aprel 2017 20:35 (UTC +04:00)

Astarada piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara şəhəri ərazisində baş verib.

Astara şəhər sakini, 2009-cu il təvəllüdlü Ağayev Allahverdi İsrafil oğlu yolu keçmək istəyərkən onu avtomaşın vurub.

Yaralı sürücünün köməkliyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Şok vəziyyətində olan azyaşlıya ilkin yardım göstərilib. Onun vəziyyətinin stabilləşdiyi, əməliyyat olunacağı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR