Məşhur Hollivud aktrisası 99 yaşında vəfat edib

Məşhur Hollivud aktrisası 99 yaşında vəfat edib
# 19 dekabr 2016 00:48 (UTC +04:00)

Hollivudun tanınmış kino aktrisası Ja Ja Qabor 99 yaşında Kaliforniya ştatında dünyasını dəyişib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, macar əsilli aktrisanın ölümünə səbəb ürək tutması olub. Halı pisləşən Ja Ja Qabor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2017-ci ilin fevralında Hollivud ulduzunun 100 yaşı tamam olacaqdı. 1936-cı ildə Ja Ja Qabor "Miss Macarıstan" müsabiqəsinin qalibi seçilib, 1958-ci ildə ABŞ kinematoqrafçılarının "Qızıl qlobus" mükafatına layiq görülüb.

Ja Ja Qabor “Mulen Ruj” və “Üç sevgi hekayəsi” kimi məşhur filmlərdə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR