“Expressbank”ın daha 2 müştərisi hədiyyə qazanıb - FOTO

“Expressbank”ın daha 2 müştərisi hədiyyə qazanıb - <span style="color: red;">FOTO
# 29 iyul 2015 07:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Expressbank” ASC “Zolotaya Korona” təcili pul köçürmə sistemi ilə birgə həyata keçirdiyi “Hədiyyəli pul köçürmələri“ adlı aksiyanın növbəti qalibləri müəyyən olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Expressbank”ın Gəncə və C.Cabbarlı filiallarının müştəriləri, müvafiq olaraq planşet və smartfon qazanıblar.

Aksiyanın şərtlərinə görə, “Expressbank” filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə smartfon qazanıblar. Pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Qeyd edək ki, “Expressbank” hazırda “Zolotaya Korona” təcili pul köçürmə sistemi ilə birgə “Tarif 0%“ adlı aksiyası keçirir. Aksiyanın şərtlərinə görə, “Expressbank” filiallarından bu sistem vasitəsilə Rusiyaya manatla pul göndərən şəxslərdən komissiya tutulmur.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7000-dək POS terminal və 250-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR