Nazir: "Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur"

Nazir: "Təhsil sistemində hər il 3-5% yenilənməyə nail olunur"
# 20 iyul 2018 15:07 (UTC +04:00)

"Azərbaycanda müəllim olmaq istəyən gənclərin sayı artır. Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə qeydiyyatdan keçən namizədlərin sayı 50 mindən, test imtahanlarında iştirak edənlərin sayı isə 46 mindən çoxdur".

APA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, təhsil sistemində hər il orta hesabla 3-5% yenilənməyə nail olunur: "İlk baxışda bu rəqəm böyük görünməyə bilər. Lakin mən inanıram ki, öz savad və bacarıqlarına güvənən, müsabiqələrdən yüksək nəticələr göstərən müəllimlər məktəblərə yeni nəfəs gətirəcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR