Bank Of Baku

2021-ci ildə 2232 bələdiyyə aktı ləğv edilib

2021-ci ildə 2232 bələdiyyə aktı ləğv edilib
# 16 fevral 2022 15:43 (UTC +04:00)

Keçən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 4504 müraciətdən 4092-nə baxılıb.

APA xəbər verir ki, bu, fevral ayının 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə” də əksini tapıb.

Bildirilib ki, bunlardan 220-si aidiyyəti üzrə göndərilib, 192 müraciət isə baxılmaqdadır.

Müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 248 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub.

Həmin təkliflər əsasında 224 akt ləğv edilib, 8 akt dəyişdirilib, 6 akt üzrə məhkəmədə iddia qaldırılıb, 10-na isə baxılmaqdadır. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 3286 aktdan 2232-si ləğv edilib, 732-si dəyişdirilib. Təmin olunmayan 19 təklif üzrə məhkəmədə iddia qaldırılıb, 303 təklif isə baxılmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR