Özbəkistanın müdafiə naziri Azərbaycanda hərbi hissə ilə tanış olub

Özbəkistanın müdafiə naziri Azərbaycanda hərbi hissə ilə tanış olub
# 16 noyabr 2017 16:45 (UTC +04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizov noyabrın 16-da hərbi hissəni ziyarət ediblər.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.

Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR