Bank Of Baku

FTB Ağ Evə dron hücumunun qarşısını alıb, 5 nəfər saxlanılıb

FTB Ağ Evə dron hücumunun qarşısını alıb, 5 nəfər saxlanılıb
# 16 iyun 2026 15:59 (UTC +04:00)

Federal Təhqiqat Bürosu (FTB) Ağ Evə partlayıcı dron hücumunun qarşısını alıb.

“New York Post”un xəbərinə görə, məsələ ilə bağlı 5 nəfər saxlanılıb.

Hücumun Ağ Evdə keçirilən “UFC Freedom 250” tədbiri zaman baş verməsi planlaşdırılıb.

Məlumata görə, mümkün hücumun ilk mərhələsində partlayıcılarla yüklənmiş dron tədbirin keçirildiyi yerin yaxınlığındakı binalara çırpılmalı, bununla da kütləvi təşvişə səbəb olmalı və insanları həmin ərazidən uzaqlaşdırmalı, qaçan insanları snayper atəşi üçün əlverişli hədəfə çevirməli, ikinci mərhələdə isə hücum edən şəxslər Ağ Evin darvazasından içəri girməli imiş.

Hücum planının üstü iyunun 10-da açılıb, istintaq nəticəsində 5 nəfər həbs edilib.

Saxlanılanlardan birinin telefonuna baxış zamanı məlum olub ki, sözügedən şəxslər “Signal” tətbiqi vasitəsilə terror hücumunun detallarını müzakirə ediblər.

Saxlanılan şəxs hücumun hədəfinin “kapitalist elita, milyarderlər və AIPAC-dan (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi) pul alan siyasətçilər” olduğunu bildirib.

Qeyd edək ki, tədbirdə 4300-ə qədər iştirakçı olub.

Xatırladaq ki, tədbir Trampın 80 illik yubileyi ilə üst-üstə düşüb, Tramp həmin vaxt UFC-yə baxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR