Almaniyada Liviya ilə bağlı sammit keçiriləcək

Almaniyada Liviya ilə bağlı sammit keçiriləcək
# 13 yanvar 2020 15:15 (UTC +04:00)

Yanvarın 19-da Berlində Liviya ilə bağlı sammit keçiriləcək.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə sammitin hazırlıq müzakirələrində iştirak edən rəsmi şəxslər məlumat verib.

Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 19-da Berlinə bir günlük səfər edəcək. Səfərin detalları açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Angela Merkel yanvarda Berlində Liviya ilə bağlı görüşün keçiriləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR