Göyçayda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib

Göyçayda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib
# 06 iyun 2018 15:07 (UTC +04:00)

Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bığır kəndində 25 hektarlıq biçilməmiş taxıl sahəsi və nar bağı yanıb.

Hazırda yanğın davam edir. Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun qarşısını almaq üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR